Minifutbol üzrə ölkə çempionatında 6-ci tura start verilib.
İdman.Biz bildirir ki, “Atəşgah Suraxanı” “DİN.İdman Cəmiyyəti” ilə üz-üzə gəlib. Oyun 5:4 hesabı ilə ikincilərin qələbəsi ilə qurtarıb.
“Star Bakı” – “Sumqayıt MFK” oyununda isə hesab açılmayıb – 0:0.
“Cənub Storm” böyük hesabla “Borçalı”ya məğlub olub – 0:3.
Və nəhayət, “Galaxy” – “Lerik Əvilə” matçında qapılara 12 qol vurulub. “Galaxy” 10:2 hesablı qələbə qazanıb.
Turun qalan 4 oyunu sabah keçiriləcək.
5 turdan sonra “Aznur” və “Zirə” hərəyə 15 xalla turnir cədvəlinə başçılıq edirlər.
