“Kəpəz”in sabiq baş məşqçisi I Liqada işləmək istəməyib

Xəbərlər
2 Dekabr 2025 19:23
25
“Kəpəz”in sabiq baş məşqçisi I Liqada işləmək istəməyib

“Kəpəz”in sabiq baş məşqçisi Tərlan Əhmədov I Liqada işləmək istəməyib.

İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, Elvin Məmmədovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verən “Səbail” ona təklif göndərib.

Özünü Premyer Liqadan başqa yerdə görməyən mütəxəssis “dənizçilər”in sükanı arxasına keçməkdən imtina edib. Hətta Bayıl təmsilçisinin vədi də 2023-cü ilin yayından bəri işsiz olan T.Əhmədovun qərarına təsir göstərməyib.

“Səbail” rəhbərliyi komandanı elitaya daşıyacağı təqdirdə, onunla yola davam eləyəcəklərinə söz verib, fəqət, çalışdırıcı öz fikrində qalıb. Aşağı liqa təmsilçisi məhz bundan sonra Azərbaycan millisinin sabiq futbolçusu Adil Şükürova üz tutub. Bu ilin oktyabrında “Kəpəz”in sükanı arxasından uzaqlaşdırılmış məşqçi gələn ilin yayınadək qüvvədə qalacaq kontrakta imza atıb.

T.Əhmədova verilən vəd Şükürov üçün keçərlidir - o, “dənizçilər”i Premyer Liqaya daşıyarsa, minimum daha bir il vəzifəsində qalacaq.

İdman.Biz