Neymar yenidən “Sambaçılar”ın heyətində: Karlo Ançelotti qərarını verib

5 Mart 2026 13:50
74
Neymar yenidən “Sambaçılar”ın heyətində: Karlo Ançelotti qərarını verib

Uzun müddətdir yığmadan uzaq qalan Neymar martın sonunda keçiriləcək yoldaşlıq oyunları üçün Braziliya futbol millisinə dəvət olunacağı gözlənilir.

İdman.Biz xəbər verir ki, Karlo Ançelottinin rəhbərlik etdiyi Braziliya seçməsi martın 26-da Fransa, martın 31-də isə Xorvatiya ilə qarşılaşacaq.

“Real”ın hücumçusu Rodriqonun dizindən aldığı ağır zədə səbəbindən uzun müddətə sıradan çıxması və dünya çempionatını qaçıracağı bəlli olduqdan sonra, Ançelotti hücum xəttindəki boşluğu təcrübəli Neymarla doldurmağı planlaşdırır.

Hazırda Braziliyanın “Santos” klubunda çıxış edən 34 yaşlı futbolçu artıq fiziki formasını bərpa edib və son matçlarda vurduğu qollarla diqqət çəkib.

Qeyd edək ki, bir neçə gün əvvəl Rodriqo açıqlamasında Neymarın milli üçün çox önəmli biri olduğunu açıqlamışdı.

İdman.Biz