Darvin Nunez “Əl-Hilal”da xoşbəxt deyil

Xəbərlər
2 Dekabr 2025 15:08
31
Darvin Nunez “Əl-Hilal”da xoşbəxt deyil

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən Darvin Nunez komandadakı durumundan narazıdır və cəmi üç ay keçməsinə baxmayaraq klubdan ayrılmaq istəyir.

İdman.Biz xəbər verir ki, “Globo Esporte”nin məlumatına görə, 26 yaşlı hücumçu artıq agentlərinə yeni komanda axtarmağı tapşırıb. Onların ilk təklifi isə Argentina nəhəngi “River Pleyt” klubuna göndərilib.

Mənbənin iddiasına görə, Nunez “Əl-Hilal”da həm adaptasiya, həm də oyun fəlsəfəsi baxımından çətinliklər yaşayır. Zamanında Premyer Liqadan gələn hücumçunun Səudiyyə Ərəbistanındakı futbola uyğunlaşmaması onun ayrılmaq qərarına təsir edib.

Xəbərdə qeyd edilir ki, “Əl-Hilal” hələlik rəsmi mövqe bildirməyib, lakin oyunçunun narazılığının artması yanvar pəncərəsində mümkün transfer ehtimalını gücləndirir.

İdman.Biz

Məqalədə: