“Şamaxı” Azərbaycanın U-21 millisinə qalib gəlib - YENİLƏNİB

17 Yanvar 2026 19:24
192
“Şamaxı” Azərbaycanın U-21 millisinə qalib gəlib

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib.

İdman.Biz xəbər verir ki, U-21 son matçında Misli Premyer Liqasında çıxış edən “Şamaxı” klubu ilə qarşılaşıb.

“Liv Bona Dea Arena”da baş tutan görüş bölgə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, yığma toplanış çərçivəsində ilk yoxlama oyununda I Liqa təmsilçisi “Səbail”i 1:0 hesabı ilə məğlub edib.

11:40

Bu gün Azərbaycanın U-21 millisi yoxlama matçında Misli Premyer Liqası təmsilçisi "Şamaxı" ilə üz-üzə gələcək.

İdman.Biz xəbər verir ki, “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 16:00-da başlayacaq.

Qeyd edək ki, U-21 ötən gün yoxlama oyununda Birinci Liqa klubu “Səbail”a 1:0 hesabı ilə qalib gəlib. “Şamaxı” isə daha əvvəl “Sabah”a 0:2 hesabı ilə uduzub.

İdman.Biz
Məqalədə: