“Şamaxı” Benin millisinin üzvünü heyətinə qatıb

17 İyul 2026 22:08
96
“Şamaxı” Benin millisinin üzvünü heyətinə qatıb

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

İdman.Biz klubun mətbuat xidmətinə istinadən bildirir ki, komanda cinah müdafiəçisi Abdul Raşid Muminini heyətinə qatıb.

Benin yığmasının üzvü ilə iki illik (1+1) müqavilə imzalanıb.

21 yaşlı futbolçunun son klubu “Sumqayıt” olub.

İdman.Biz