“Səbail” Ezekiel Morqanı heyətinə qatıb

17 İyul 2026 22:37
96
“Səbail” Ezekiel Morqanı heyətinə qatıb

2026/2027-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” PFK Ezekiel Morqanı heyətinə qatıb.

İdman.Biz bildirir ki, Morqan son olaraq Premyer Liqada “İmişli”də çıxış edib.

24 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ezekiel Morqan ötən mövsüm “İmişli”nin heyətində Premyer Liqada 31 qarşılaşmada meydana çıxıb 1 qol vurub və 1 qol ötürməsinə imza atıb.

İdman.Biz