“Turan Tovuz” İranın U21 millisi ilə heç-heçə edib

17 İyul 2026 20:06
99
“Turan Tovuz” İranın U21 millisi ilə heç-heçə edib

“Turan Tovuz” futbol klubu Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

İdman.Biz bu barədə kluba istinadən bildirir.

“Turan Tovuz” İranın 21 yaşlılardan ibarət yığma komandası ilə qarşılaşıb.

1:1 hesabı ilə başa çatan matçda tovuzluların yeganə qoluna Sadiq Şəfiyev imza atıb.

İdman.Biz