“Neftçi”nin oyunçusu “Ayın” qolu mükafatını aldı – FOTO/VİDEO

1 Noyabr 2026 15:55
92
“Neftçi”nin oyunçusu “Ayın” qolu mükafatını aldı – FOTO/VİDEO

Azərbaycan Premyer Liqasında “Ayın qolu” layihəsinin növbəti qalibi Qustavo Klinsman olub.

İdman.Biz xəbər verir ki, futbolçu baxımlı qolu ilə fərqlənərək ayın ən yaxşı qolunun müəllifi seçilib və müvafiq mükafata layiq görülüb.

Klinsman bu mükafatı “İmişli” - “Neftçi” qarşılaşmasının 80-ci dəqiqəsində vurduğu akrobatik qola görə alıb.

Azərbaycan Premyer Liqasına transfer olunduqdan sonra ilk oyunlarında o qədər də parlaq çıxış etməyən Qustavo Klinsman zaman keçdikcə komandasının əsas simalarından birinə çevrilməyi bacarıb.

Qeyd edək ki, “Ayın qolu” layihəsi çərçivəsində Azərbaycan Premyer Liqasında vurulan ən baxımlı qolların müəllifləri mükafatlandırılır.

İdman.Biz