“Santyaqo Bernabeu”da keçirilən La Liqanın 20-ci turunun “Real” – “Levante” oyunu zamanı Madrid klubunun azarkeşləri “Florentino, istefa ver!” şüarları səsləndiriblər.
İdman.Biz bildirir ki, bu barədə “The Athletic”dən Mario Korteqana məlumat verib.
Matç 2:0 hesabı ilə “Real”ın xeyrinə başa çatıb.
Florentino Peres Madrid klubunun prezidentidir. O, bu vəzifəni 2000-ci ildən 2006-cı ilə qədər tutub və 2009-cu ildə yenidən bu vəzifəyə qayıdıb.
14 yanvarda “Los Blancos” 1/8 finalda “Albasete”yə 3:2 hesabı ilə məğlub olaraq Kral Kubokunda mübarizəni dayandırıb. 11 yanvarda klub İspaniya Superkubokunun finalında “Barselona”ya 3:2 hesabı ilə məğlub olub. 19 La Liqa turundan sonra “Real Madrid” 45 xalla ikinci yerdədir.
