41 yaşlı Tyaqo Silva rekorda imza atıb

Xəbərlər
17 Yanvar 2026 18:45
36
41 yaşlı Tyaqo Silva rekorda imza atıb

Braziliyalı müdafiəçi Tyaqo Silva Portuqaliya Kubokunun dörddəbir finalı çərçivəsində “Portu”nun Lissabon “Benfika”sına qarşı ev oyununda iştirak edib.

İdman.Biz xəbər verir ki, meydan sahibləri Joze Mourinyonun rəhbərlik etdiyi komandanı minimal hesabla — 1:0 — məğlub ediblər.

Bu oyunda braziliyalı futbolçu meydana 41 yaş 3 aylığında çıxıb.

Beləliklə, Tyaqo Silva “Portu”nun heyətində meydana çıxan ən yaşlı futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Silva yanvar ayında azad agent statusunda Portuqaliya nəhənginin sıralarına qoşulub. Təcrübəli braziliyalı futbolçu “əjdahalar”la 2026-cı ilin iyun ayının sonunadək nəzərdə tutulan qısamüddətli əmək müqaviləsi imzalayıb.

İdman.Biz
Məqalədə: