“Mançester Yunayted” Kerrikin debüt oyununda “Mançester Siti”ni məğlub edib - VİDEO

Xəbərlər
17 Yanvar 2026 18:36
41
“Mançester Yunayted” Kerrikin debüt oyununda “Mançester Siti”ni məğlub edib

İngiltərə Premyer Liqasında 22-ci turun “Mançester Yunayted” və “Mançester Siti” arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz bildirir ki, “Old Trafford”da baş tutan matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə qurtarıb.

“Mançester Yunayted”in hücumçusu Brayan Mbemo 65-ci dəqiqədə hesabı açıb. Yarımmüdafiəçi Patrik Dorqu 76-cı dəqiqədə ev sahibi komandanın ikinci qolunu vurub.

Premyer Liqanın 22 turundan sonra “qırmızı şeytanlar”ın 35 xalı var və onlar dördüncü yerdədirlər. “Siti”nin isə 43 xalı var və onlar ikinci yerdə qərarlaşıblar.

Bu, Premyer Liqada “Mançester Yunayted”in Maykl Kerrikin başçılığı altında keçirdiyi ilk oyun olub.

İdman.Biz