FIFA prezidenti Canni İnfantinonun maaşı onun vəzifədə olduğu müddətdə dörd dəfə artıb. O, 2025-ci ilə qədər 5,27 milyon avro qazanıb.
İdman.Biz by barədə “Le Monde” qəzetinə istinadən məlumat verir.
İnfantino 2016-cı ildə Zepp Blatterdən sonra FIFA prezidenti olub. İsveçrəli vəzifəsinin ilk ilində 1,28 milyon avro qazanıb. Məlumata görə, İnfantino 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatına görə 1,29 milyon avro bonus alıb.
İnfantinonun FIFA prezidenti kimi səlahiyyət müddəti 30 mart 2027-ci ildə başa çatır. Təşkilat əvvəllər 2016-cı ildən 2019-cu ilə qədər olan dövrü İnfantinonun ilk müddəti hesab etməmək qərarına gəlmişdi, ona görə də o, 2027-ci ildə yenidən seçilmək hüququna malikdir.
