Enzo Mareskanın “Arsenal”ın künc zərbələrini sıradan çıxaran “gizli boşluq” taktikası - FOTO

Xəbərlər
2 Dekabr 2025 12:11
40
Enzo Mareskanın “Arsenal”ın künc zərbələrini sıradan çıxaran “gizli boşluq” taktikası - FOTO

İngiltərənin “Çelsi” futbol klubunun baş məşqçisi Enzo Mareska “Arsenal”a qarşı keçirilən son oyunda London təmsilçisinin künc zərbələrindəki gücünü neytrallaşdırmaq üçün xüsusi taktika tətbiq edibmiş.

İdman.Biz xəbər verir ki, “Çelsi”nin bu planı uğurlu alınıb və artıq digər komandalar tərəfindən də kopyalanmağa başlandığı bildirilir.

“Arsenal” bu mövsüm künc zərbələrindən ən çox qol vuran komandadır və cərimə meydançasında yaratdığı xaosla qapıçının müdaxiləsini çətinləşdirir. Lakin Mareskanın planı bu ssenarini pozub.

Mareska “Arsenal”ın künc zərbəsi zamanı ön üçlüyü (hücum xətti) irəli çəkib və mümkün əks-hücum üçün arxada saxlayıb. Bununla “Arsenal”ın cinah müdafiəçilərini geridə saxlamağa məcbur edib. Beləliklə, cərimə meydançası daha az sıxlıqla dolub və “Çelsi”nin qapıçısı Robert Sançes asanlıqla topu götürə bilib.

Bu yanaşma sadə görünsə də, effektiv alınıb: həm müdafiə asanlaşıb, həm də “Arsenal”ın güclü “silahı” zərərsizləşdirilib. Maraqlıdır ki, “Çelsi” həmin oyunda qolu da məhz künc zərbəsindən vurub - Trevoh Çalobahın baş zərbəsi ilə.

Belə görünür ki, “Arsenal” üçün növbəti mərhələdə daha yaradıcı künc zərbələri hazırlamaq zərurəti yaranıb.

İdman.Biz

Məqalədə: