İran FIFA DÇ-2026-nın püşkatmasını boykot etdi

Xəbərlər
28 Noyabr 2025 15:01
33
İran FIFA DÇ-2026-nın püşkatmasını boykot etdi

Futbol üzrə İran milli komandasının nümayəndələri 5 dekabrda Vaşinqtonda keçiriləcək Dünya Çempionatı 2026-nın püşkatma mərasiminə qatılmayacaqlar.

İdman.Biz xəbər verir ki, bu barədə İran Futbol Federasiyası (İFF) məlumat yayıb.

Bildirilib ki, İran nümayəndə heyətinin yalnız dörd üzvünə ABŞ hökuməti tərəfindən viza verilib, digər şəxslərin müraciətləri isə rədd olunub.

“Biz Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına ‎(FIFA) bildirdik ki, qəbul edilən qərarların idmana heç bir aidiyyəti yoxdur və İran nümayəndə heyətinin üzvləri püşkatmada iştirak etməyəcəklər”, - İFF-nin açıqlamasında qeyd olunub.

Xatırladaq ki, 48 yığmanın mübarizə aparacağı dünya çempionatında millilər 12 qrupa bölünəcəklər.

İdman.Biz