Qadın futbolçularımızın Avropa çempionatının seçmə mərhələsindəki görüşü ləğv edildi

Xəbərlər
28 Noyabr 2025 14:40
26
Qadın futbolçularımızın Avropa çempionatının seçmə mərhələsindəki görüşü ləğv edildi

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Şimali Makedoniya yığması ilə oyunu təxirə salınıb.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-dan bildirilib.

B Liqasının 5-ci qrupunun II turu çərçivəsində bu gün baş tutmalı olan görüş Strumitsa şəhərində hava şəraitinin əlverişsiz və meydançanın yararsız vəziyyətdə olması səbəbindən başqa vaxta keçirilib.

Qarşılaşmanın noyabrın 29-da reallaşması nəzərdə tutulub.

İdman.Biz

Məqalədə: