Türkiyənin “Fənərbağça” klubu hazırda Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda oynayan 34 yaşlı dayaq yarımmüdafiəçisi N'Qolo Kanteyə rəsmi təklif göndərib.
İdman.Biz-in “talkSPORT”a istinadən məlumatına görə, Kante “Fənərbağça”nın təklifini nəzərdən keçirməyə hazırdır.
N'Qolo Kante 2023-cü ildə “Əl-İttihad”la müqavilə imzalayıb və “Çelsi”dən pulsuz transfer olub. O, Səudiyyə klubunda 100 oyunda iştirak edib, doqquz qol vurub və 10 məhsuldar ötürmə edib. Kantenin “Əl-İttihad”la hazırkı müqaviləsi bu yay başa çatır.
Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 4,5 milyon avrodur.
