“Neftçi” Əbu-Dabidə Misir komandası ilə heç-heçə edib - YENİLƏNİB + FOTO

13 Yanvar 2026 20:31
321
“Neftçi” Əbu-Dabidə Misir komandası ilə heç-heçə edib

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan “Neftçi” növbəti yoxlama oyununu keçirib.

İdman.Biz-in məlumatına görə, “ağ-qaralar” Misirin “Piramids” klubu ilə üz-üzə gəlib.

“Məhəmməd bin Zayed” stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Azərbaycan təmsilçisinin qolunu 87-ci dəqiqədə Murad Məmmədov vurub.

09:36

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışını davam etdirən “Neftçi” növbəti yoxlama görüşünü keçirəcək.

İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi Misirin “Piramids” klubu ilə üz-üzə gələcək.

Qarşılaşma “Məhəmməd bin Zayed” stadionunda baş tutacaq və oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, ilk sınaq matçında “Kayrat”a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gələn “Neftçi” yanvarın 16-da keçiriləcək sonuncu oyunda Çinin “Çenqdu Ronqçenq” klubu ilə üz-üzə gələcək.

İdman.Biz
Məqalədə: