İspaniya mediası "Barselona"nın Joau Kanselunun “Əl-Hilal”dan icarəyə götürülməsi xəbərini klubun sosial mediasından və rəsmi saytından silməsinin səbəbini ortaya çıxarıb.
İdman.Biz xəbər verir ki, klub portuqaliyalı futbolçunun transferini əvvəl elan edib və oyunçunun özü bunu izləyiciləri ilə paylaşıb. Lakin sonradan hər iki tərəfin paylaşımları yoxa çıxıb.
Jurnalist Alfredo Martinesin sosial mediada yazdığına görə, klublar hələ də sənədlər mübadiləsi aparır - müqavilə tam yekunlaşdırılmayıb. “Barselona” transferi çox tez elan etdiklərini və buna görə də xəbəri sildiklərini etiraf edib.
Kanselu 31 yaşındadır və 2024-cü ilin yayından “Əl-Hilal”da oynayır. Bu mövsüm müdafiəçi klubun bütün yarışlarında altı oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib. Joaonun klubla hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir. Nüfuzlu internet portalı Transfermarkt portuqaliyalı futbolçunun bazar dəyərini 10 milyon avro olaraq qiymətləndirir. Futbolçu əvvəllər “Barselona”da oynayıb.
