“Napoli” ilə oyunda zədələnən “Qarabağ”ın futbolçusu : “İşə qayıtmaq üçün səbirsizlənirəm” - FOTO/VİDEO

Xəbərlər
28 Noyabr 2025 10:58
63
“Napoli” ilə oyunda zədələnən “Qarabağ”ın futbolçusu : “İşə qayıtmaq üçün səbirsizlənirəm” - FOTO/VİDEO

“Mənim üçün narahat olan hər kəsə çox təşəkkür edirəm”.

İdman.Biz xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Kevin Medina şəxsi “Instagram” hesabındakı paylaşımda qeyd edib.

Kolumbiyalı oyunçu UEFA Çempionlar Liqasında İtaliya təmsilçisi “Napoli” ilə oyunda yaşananlardan sonra fikirlərini bölüşüb:

“Hər birinizə çox minnətdaram. Özümü yaxşı hiss edirəm və həmişəki kimi işə qayıtmaq üçün səbirsizlənirəm. Mübarizəmizi davam etdiririk”.

Qeyd edək ki, “Napoli”nin hücumçusunun zərbəsindən sonra top Kevin Medinanın üzünə dəyib və oyunçu huşsuz vəziyyətdə yerə yıxılıb.

Xatırladaq ki, noyabrın 25-də İtaliyada baş tutan “Napoli” - “Qarabağ” görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz