Kopa Boliviyanın 1/4 final mərhələsində “Real Oruro” ilə “Bluminq” arasında keçirilən oyunda final fitindən sonra meydanda kütləvi dava düşüb
İdman.Biz xəbər verir ki, nəticədə oyunu idarə etmiş hakim hər iki komandanın futbolçularına ümumilikdə 17 qırmızı vərəqə göstərib.
İnsident 2:2 hesabı ilə yekunlaşan kubok oyunundan sonra baş verib. İki oyunun ümumi nəticəsinə görə (4:3) “Bloominq” klubu yarımfinala adlayıb.
Kütləvi davada hər iki klubun məşqçi heyəti də iştirak edib. Polis əməkdaşları vəziyyəti nəzarətə almaq üçün gözyaşardıcı qazdan istifadə etməli olublar.
Qırmızı vərəqələrin yeddisi “Bluminq”in, dördü isə “Real Oruro”nun oyunçularına, qalanları isə hər iki tərəfin məşqçi və texniki heyətinə göstərilib.
