Rəşad Sadıqov “Kəpəz”ə qarşı iki futbolçunu oynada bilməyəcək

Xəbərlər
27 Noyabr 2025 17:06
34
Rəşad Sadıqov “Kəpəz”ə qarşı iki futbolçunu oynada bilməyəcək

Misli Premyer Liqasının XIII turunda Yevlaxda “Kəpəz”in qonağı olacaq “Zirə” oyuna itkilərlə çıxacaq.

“Qartallar”ın sözçüsü Elmar Abdullazadə fanat.az-a açıqlamasında bildirib ki, komandanın kapitanı Qismət Alıyev ötən tur dördüncü sarı vərəqəni alaraq cəzalı duruma düşdüyü üçün Yevlaxdakı qarşılaşmanı kənardan izləyəcək.

Onun sözlərinə görə, hücumçu Davit Volkov isə zədə səbəbindən “Kəpəz”ə qarşı oynaya bilməyəcək.

Qeyd edək ki, “Kəpəz” - “Zirə” qarşılaşması noyabrın 28-də keçiriləcək. Matçın start fiti 14:00-da səsləndiriləcək.

Xatırladaq ki, Rəşad Sadıqov 2020-ci ildən “Zirə”nin baş məşqçisi kimi fəaliyyət göstərir.

İdman.Biz

Məqalədə: