Hər avroya qənaət edən “Barselona”ya 1 milyon cərimə kəsildi

Xəbərlər
27 Noyabr 2025 17:23
22
Hər avroya qənaət edən “Barselona”ya 1 milyon cərimə kəsildi

İspaniyanın Kataloniya vilayətinin Əmək Müfəttişliyi “Kamp Nou” stadionunun təmiri zamanı 79 qanunsuz işçinin – əsasən Türkiyə vətəndaşlarının – işə cəlb olunmasını aşkar edib.

İdman.Biz xəbər verir ki, müfəttişlər iş icazəsi olmayan işçilərə görə təmiri həyata keçirən subpodratçı “Extreme Works” şirkətinə 1,09 milyon avro (2,15 milyon AZN) cərimə tətbiq edilib.

Bu cərimə yenidənqurma işlərinə iyun 2023-cü ildə başlanandan bəri “Kamp Nou” kompleksinə tətbiq edilmiş cərimələrin sayını xeyli artırıb. Bundan əvvəl də qanunsuz işçi qüvvəsi, qanunsuz əmək şərtləri, iş saatlarının aşılması və sair kimi pozuntulara görə subpodratçılara yüz minlərlə avro cərimə və sanksiya tətbiq olunmuşdu.

Qeyd olunur ki, bu tip pozuntularla bağlı ümumilikdə 218 inzibati proses açılıb.

Beləliklə, “Barsa”nın stadion təmiri ətrafındakı qalmaqal yalnız tikinti keyfiyyəti və gecikmələrlə bağlı deyil. İndi klubun adı işçi hüquqlarının pozulması və miqrantların istismarına dair hallarla birgə çəkilir.

Xatırladaq ki, “Barselona” son illər ciddi maliyyə böhranı ilə üzbəüzdür və klub yeni transferlər həyata keçirmək üçün bacardığı qədər hər avroya qənaət edir. Bu qənaət çərçivəsində bir müddət əvvəl nahar menyusundan ətli yeməklər çıxarılmışdı və belə bir addım Levandovskini təəccübləndirmişdi.

İdman.Biz

Məqalədə: