“Liverpul” Arne Slotun mümkün əvəzləyicisi kimi Angelos Postekoqlunu nəzərdən keçirir

Xəbərlər
27 Noyabr 2025 14:03
26
“Liverpul” Arne Slotun mümkün əvəzləyicisi kimi Angelos Postekoqlunu nəzərdən keçirir

“Liverpul” futbol komandasının baş məşqçisi vəzifəsinə Angelos Postekoqlunun adı gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, “Tottenhem” və “Nottingem Forest”in sabiq çalışdırıcısı klub rəhbərliyi tərəfindən Arne Slotun mümkün əvəzləyicilərindən biri kimi dəyərləndirilir. Bu barədə TEAMtalk məlumat yayıb.

Mənbənin məlumatına görə, klubun sahibləri Arne Slota dəstəyi davam etdirsələr də, Postekoqluya xüsusi rəğbət bəsləyirlər və onu komanda üçün uyğun namizəd hesab edirlər.

Arne Slot 2024-cü ilin yayından komandaya baş məşqçilik edir. Onun rəhbərliyi altında “qırmızılar” 2024/2025 mövsümündə İngiltərə Premyer Liqasının qalibi olublar. Cari mövsümdə isə “Liverpul” bütün turnirlər nəzərə alınmaqla 9 məğlubiyyət alıb və son olaraq Çempionlar Liqasında PSV-yə 1:4 hesabıyla uduzub.

Postekoqlu karyerası ərzində Avstraliya, Yaponiya və Şotlandiya futbolunda uğurlu dövr keçirib, “Tottenhem”dəki hücumameyilli oyun tərzi ilə tanınıb.

İdman.Biz