Xabi Alonsonun futbolçulara fərdi sualı: "Komandanın oyununu necə yaxşılaşdıra bilərəm?"

Xəbərlər
27 Noyabr 2025 18:00
22
Xabi Alonsonun futbolçulara fərdi sualı: "Komandanın oyununu necə yaxşılaşdıra bilərəm?"

İspaniyanın “Real Madrid” komandasına rəhbərlik edən Xabi Alonso bir neçə oyunçu ilə təkbətək görüş keçirib və onlardan oyunun yaxşılaşdırılması üçün nə etməli olduğunu soruşub.

İdman.Biz xəbər verir ki, jurnalist Edu Aqirrenin bildirdiyinə görə, baş məşqçinin bu addımı komanda daxilində atmosferi xeyli yaxşılaşdırıb və dönüş nöqtəsi kimi qiymətləndirilib.
Görüş futbolçularla baş məşqçi arasında etimadı artırıb, oyuna yanaşmada birlik yaradıb və komandanın motivasiyasını yüksəldib. Məlumata görə, futbolçuların çoxu baş məşqçinin açıq dialoq təşəbbüsünü müsbət qarşılayıb.
“Real Madrid”in yaxın oyunlarında bu addımın nəticələrinin meydanda öz əksini tapacağı gözlənilir.

İdman.Biz

Məqalədə: