Misli Premyer Liqasının XIII turunda “Turan Tovuz” “Neftçi”ni qəbul edəcək.
Qərb təmsilçisinin müdafiəçisi Faiq Hacıyev gərgin və maraqlı alınacağı şübhə doğurmayan oyun ərəfəsində fikirlərini fanat.az-a açıqlayıb.
“Bizi həqiqətən çox gərgin oyun gözləyir. Azarkeşlərin maraqlı mübarizə izləyəcəklərini düşünürəm. Öz meydanımızda, bizi hər zaman dəstəkləyən azarkeşlərimiz önündə oynayacağıq. Məqsədimiz bu oyunda 3 xal əldə etməkdir. “Neftçi” ilə oyunda azarkeşlərimizə qələbə sevinci yaşatmaq istəyirik”.
Qeyd edək ki, “Turan Tovuz” - “Neftçi” qarşılaşması noyabrın 28-də keçiriləcək. Matçın start fiti 18:30-da səsləndiriləcək.
