“Şəmkir”in yeni baş məşqçisi müəyyənləşib - FOTO

Xəbərlər
27 Noyabr 2025 16:04
25
“Şəmkir”in yeni baş məşqçisi müəyyənləşib - FOTO

Azərbaycanın II Liqa təmsilçisi “Şəmkir”in yeni baş məşqçisi müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə bölgə təmsilçisindən bildirilib.

Klub Rasim Əliyevlə anlaşıb. Son olaraq “Turan Tovuz”un akademiyasının koordinatoru vəzifəsində çalışmış A kateqoriyalı mütəxəssislə 6 ay + 1 illik müqavilə imzalanıb.

R.Əliyev daha əvvəl “Turan”la yanaşı, “Rote Fahne”, “Neftçala” komandalarını çalışdırıb. O, “Feyenoord”, “Utrext”, PSV (hamısı Niderland), “Fənərbaxça”, “Gənclərbirliyi” (hər ikisi Türkiyə) və “Dinamo” (Tbilisi) klublarının düşərgələrində təcrübə keçib.

İdman.Biz