İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu, hazırda icarə əsasında “Barselona”da çıxış edən Markus Reşford yenidən böyük transfer xəbərlərinin gündəminə düşüb.
İdman.Biz xəbər verir ki, Fransanın PSJ klubu futbolçu üçün 50 milyon avro (92 milyon AZN) ödəməyə hazırdır.
“Barselona” da Reşfordu transfer etmək istəyir. Lakin onların təqdim edə biləcəyi maksimum rəqəm 35 milyon avrodur (64,4 milyon AZN).
Hazırda Reşfordın vəziyyəti və klubunun mövqeyi hələlik dəyişməyib. “Mançester Yunayted” rəhbərliyinin son qərarı yaxın günlərdə məlum olacaq.
