UEFA Çempionlar Liqası: “Qarabağ”ın mərhələ adlama şansı neçə faizdir? - VİDEO

27 Noyabr 2025 15:58
363
UEFA Çempionlar Liqası: “Qarabağ”ın mərhələ adlama şansı neçə faizdir? - VİDEO

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turundan sonra komandaların növbəti mərhələyə yüksəlmə ehtimalları yenilənib.

İdman.Biz xəbər verir ki, siyahıda “Qarabağ”ın növbəti mərhələyə vəsiqə qazanmaq şansı 68% olaraq göstərilib.

Ağdam təmsilçisinin birbaşa 1/8 finala çıxmaq ehtimalı isə cəmi 0,2%-dir.

Reytinqə İngiltərənin “Arsenal” klubu liderlik edir: “topçular”ın 1/8 finala yüksəlmə ehtimalı 99,99%, ilk “24-lüy”ə düşmə şansı isə 100% kimi qiymətləndirilib.

Türkiyənin “Qalatasaray” klubunun pley-off şansı 93%, birbaşa 1/8 finala yüksəlmə ehtimalı isə 4% təşkil edir.

Qeyd edək ki, “Qarabağ”ın turnirdə “Ayaks”, “Ayntraxt Frankfurt”la ev, “Liverpul”la isə səfər oyunları qalıb. Komanda beş turun ardından yeddi xalla 19-cu pillədə qərarlaşıb.

İdman.Biz