İlkin Qırtımov: “Yaxşı ki, qollarımızı vaxtında vurub, qələbə qazandıq”

Xəbərlər
27 Noyabr 2025 15:03
29
İlkin Qırtımov: “Yaxşı ki, qollarımızı vaxtında vurub, qələbə qazandıq”

“Şimal” çempionatın autsayderi olsa da, gənc futbolçularla yaxşı mübarizə aparırlar”.

Bu sözləri “Zaqatala”nın futbolçusu İlkin Qırtımov deyib.

Təcrübəli futbolçu Birinci Liqanın IX turunda “Şimal”ı darmadağın etdikləri oyunla bağlı fikirlərini bölüşüb.

“Şimal” liderlər qrupunda qərarlaşan “Səbail” ilə oyunda öz gücünü göstərmişdi. Onlarla oyuna arxayın çıxsaydıq, nəticə bizim üçün ürəkaçan olmayacaqdı. Yaxşı ki, qollarımızı vaxtında vurub, qələbə qazandıq. 9 turdan sonra 16 xalımız var. Təbii ki, bundan artıq ola bilərdi. İndiki vəziyyətə görə qənaətbəxşdir. Qışda bəzi məsələlər yoluna düşsə, komanda 1-ci və ya 2-ci pillə uğrunda mübarizə apara bilər”, - deyə o, sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, 9 turdan sonra aktivində 16 xal olan “Zaqatala” 4-ci pillədə qərarlaşıb.

İdman.Biz