Arda Turan Ukraynaya görə dünya liderlərinə müraciət etdi: “İndi müharibə vaxtı deyil” - VİDEO

Xəbərlər
27 Noyabr 2025 14:27
50
Arda Turan Ukraynaya görə dünya liderlərinə müraciət etdi: “İndi müharibə vaxtı deyil” - VİDEO

Futbol üzrə Türkiyə milli komandasının sabiq futbolçusu, hazırda Ukraynanın “Şaxtyor Donetsk” klubunun baş məşqçisi olan Arda Turan dünya liderlərinə müraciət edib.

İdman.Biz xəbər verir ki, 38 yaşlı mütəxəssis UEFA Konfrans Liqasında “Şemrok Rovers”lə oyundan əvvəl keçirilən mətbuat konfransında vurğulayıb ki, hazırda Ukrayna əhalisi böyük məhrumiyyətlər yaşayır.

“İndi müharibə vaxtı deyil. Kiyevdə bir gün keçirsəniz, bəlkə, onda futbol haqqında danışa bilərik. Ukrayna xalqını da, oyunçularımı da sevirəm. Mən onlar üçün buradayam və bütün Ukrayna xalqını ailəm hesab edirəm” - deyə A.Turan vurğulayıb.

A. Turan vurğulayıb ki, müharibə və zorakılıq yalnız yeni faciələrə səbəb olur. Ona görə də dünya liderləri dialoqa, humanitar yardıma və diplomatik həll yollarına üstünlük verməlidirlər.

Futbolçunun bu çağırışı sosial şəbəkələrdə geniş müzakirə olunub. İnsanlar onun sülh və sabitlik barədə mesajını dəstəkləyiblər.

Qeyd edək ki, UEFA Konfrans Liqası çərçivəsində “Şemrok Rovers” - “Şaxtyor Donetsk” qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

İdman.Biz