“Konyaspor” klubunun Bakıda fəaliyyət göstərən futbol məktəbi Türkiyədə keçiriləcək turnirdə iştirak edəcək.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə futbol məktəbinin rəhbəri Nihad Ələsgərov məlumat verib.
Onun sözlərinə görə, 2013-2014-cü il təvəllüdlü uşaqlar arasında təşkil olunacaq turnirdə 4 komanda (“Karatay Bələdiyyəspor”, “Səlçuklu Bələdiyyəspor”, “Konyaspor-13”, “Konyaspor”un Bakıdakı futbol məktəbi) mübarizə aparacaq.
Qeyd edək ki, oyunlar yanvarın 19-dan 23-dək Konya şəhərində baş tutacaq.
