Moskvanın “Dinamo” klubunun azərbaycanəsilli yarımmüdafiəçisi Ülvi Babayev Rusiyanın gənclər yığmasında(U-21) keçirdiyi ilk oyunlar barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, gənc futbolçu Rusiya KİV-ə müsahibəsində debütunun uğurlu alındığını bildirib:
“Oyunumu pis adlandırmaq olmaz. Çox gözəl başlanğıc idi. Yığmaya dəvət almaq, yaxşı turnir keçirmək və üstəlik, müəyyən mükafatlar qazanmaq böyük motivasiya idi. Hər oyuna nəticə vermək məqsədi ilə çıxıram” – deyə 21 yaşlı yarımmüdafiəçi vurğulayıb.
Futbolçu komanda ilə kubok sevincini necə qeyd etdiklərini də açıqlayıb:
“Oyundan sonra sevindik, avtobusda mahnılar oxuduq, əhval-ruhiyyə çox yaxşı idi”.
Qeyd edək ki, Ülvi Babayev bu yaxınlarda Rusiyanın U-21 komandasında debüt edib. Rusiya millisi ilə iki oyuna çıxan Babayev iki dəfə də fərqlənib. O, həmçinin Rusiyanın U-15 və U-16 yığmalarında oynayıb.
