Hakimləri təhqir edən futbolçular, məşqçilər və bir klub rəsmisi cəzalandırılıb

Xəbərlər
27 Noyabr 2025 14:15
26
Hakimləri təhqir edən futbolçular, məşqçilər və bir klub rəsmisi cəzalandırılıb

AFFA hakimləri təhqir edən futbolçuları, məşqçiləri və bir klub rəsmisini cəzalandırıb.

İdman.Biz xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA Region Liqasında hakimləri təhqir edən “Real”ın rəsmisi Nahid Səmədov və “Şirvanovka”nın futbolçusu Loğman Camirzəyev 4, “Naxçıvan”ın oyunçusu Əbdül Əbdülov isə 5 oyunluq diskvalifikasiya olunub.

Qurum U-13 Liqasında iki məşqçini də eyni səbəbdən cəzalandırıb. İCBFA komandasının baş məşqçisi Zahid Məmmədov və “Hacıqabul”un məşqçisi Xudat İsrafilov 4 oyunluq diskvalifikasiya edilib.

İdman.Biz