Ceyhun Bayramov və heyəti “Napoli” - “Qarabağ” matçını stadiondan izləyiblər - FOTO

Xəbərlər
26 Noyabr 2025 09:08
35
Ceyhun Bayramov və heyəti “Napoli” - “Qarabağ” matçını stadiondan izləyiblər - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onu müşayiət edən nümayəndə heyəti İtaliyaya rəsmi səfər çərçivəsində Neapolda UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda “Napoli” - “Qarabağ” qarşılaşmasını izləyiblər.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında paylaşım edilib.

“Bu, Azərbaycanın Avropa futbolunda güclü mövqeyini və milli çempionlarımızı beynəlxalq arenada dəstəklədiyini nümayiş etdirən qürurverici an olub”, - paylaşımda deyilir.

Qeyd edək ki, “Napoli” - “Qarabağ” qarşılaşması meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz

Məqalədə: