Qurban Qurbanov: “Bəsit qollar buraxdıq”

Xəbərlər
26 Noyabr 2025 02:44
22
Qurban Qurbanov: “Bəsit qollar buraxdıq”

“Oyundan razı qaldım. Baxmayaraq ki, məğlub olduq”.

İdman.Biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Napoli"yə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

“Napoli” – “Qarabağ” görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.

“Futbolçularım çəkinmədən sona qədər mübarizə apardılar. Futbolçularımız cəsarətli oyun göstərdilər. Bu cür davam etməliyik. Dünən də qeyd etdiyim kimi, hər matçdan həzz almağa çalışırıq.

Birinci qoldan öncə oyunçu dəyişikliyi edəndə 5-li müdafiədən 4-lüyə keçiddə bir az çətinlik yaşadıq. Həmin vaxt da oyunun taleyi həll olundu. Bəsit qollar buraxdıq. İrad bildirəsi epizodlar deyildi”.

İdman.Biz