“Qartallar”ın kapitanı Qismət Alıyev cəzalı duruma düşüb.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, buna 29 yaşlı futbolçunun “Qəbələ”yə qalib gəldikləri Misli Premyer Liqasının XII turunun oyununda sarı vərəqə alması səbəb olub.
Cari mövsüm dördüncü dəfə bu halla üzləşən cinah müdafiəçisi XIII turda “Kəpəz”lə səfər matçında meydana çıxa bilməyəcək.
Qismət Alıyev cari mövsüm “Zirə”nin heyətində bütün çempionat matçlarında iştirak edib və 1 qol da vurub.
Qeyd edək ki, noyabrın 28-də Yevlax şəhər stadionunda keçiriləcək “Kəpəz” - “Zirə” qarşılaşması saat 14:00-da start götürəcək.
