Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Napoli” - “Qarabağ” matçının startı yaxınlaşdıqca, həm futbol mütəxəssisləri, həm də azarkeşlər bu qarşılaşmanın hansı hesabla yekunlaşacağı barədə müxtəlif proqnozlar səsləndirirlər.
Maraqla gözlənilən qarşılaşmaya Azərbaycanın Xalq artisti Brilliant Dadaşova da biganə deyil.
O, qarşılaşma ilə bağlı proqnozunu İdman.Biz saytı ilə bölüşüb.
“Komandamız əvvəlki dörd qarşılaşmada göstərdi ki, ona hətta ən güclü rəqib belə qorxulu deyil. Çempionlar Liqasının son oyununda “Çelsi” ilə 2:2 hesablı heç-heçə bunun bariz nümunəsidir. Əminəm ki, “Napoli” ən azı “Çelsi”dən zəif deyil. “Qarabağ”ın bərabər səviyyədə mübarizə aparacağını və uduzmayacağını düşünürəm. Üstəlik, futbolçularımız səfər oyunlarında uğurlu çıxış edirlər. İçimdə bir hiss var ki, matçın hesabı 2:2 olacaq”, - deyə Brilliant Dadaşova bildirib.
Vüqar Vüqarlı
