Monteneqro millisinin və “Qarabağ” klubunun yarımmüdafiəçisi Marko Yankoviç ikinci dəfə ata olub.
İdman.Biz xəbər verir ki, bu barədə futbolçu Instagram hesabında paylaşım edib.
O paylaşımında yeni doğulan oğluna Maksim adını verdiklərini bildirib.

Qeyd edək ki, monteneqrolu futbolçunun 2023-cü ildə dünyaya gələn Niksa adlı bir oğlu da var.
