İkardinin yeni klubu bəlli olur – meneceri açıqladı

2 Sentyabr 2026 01:35
93
İkardinin yeni klubu bəlli olur – meneceri açıqladı

"Qalatasaray"la müqaviləsi iyulun 1-də başa çatan argentinalı futbolçu Mauro İkardi karyerasını İtaliyada davam etdirə bilər.

İdman.Biz "Fanatik" portalına istinadən xəbər verir ki, hazırda azad agent statusunda olan argentinalı hücumçu bir neçə klubun təklifini nəzərdən keçirir.

İtaliyanın A Seriyası təmsilçisi "Latsio" 33 yaşlı futbolçunun xidmətində maraqlıdır və onunla danışıqlar aparır. İtaliya mətbuatında yayılan məlumatlara görə, Roma klubu İkardiyə 2 illik müqavilə təklif edib. "Foot Mercato" isə "Latsio"nun argentinalı hücumçu ilə 2028-ci ilə qədər anlaşmaq istədiyini yazıb.

Futbolçunun meneceri Elio Pino da "Latsio"nun İkardiyə marağını təsdiqləyib.

"Mauro ilə birlikdə ən yaxşı variantı dəyərləndiririk. Bu, iqtisadi plan deyil, həyat planıdır. Mauro gözəl şəhər və yaxşı bir yer seçmək istəyir", – deyə menecer bildirib.

Qeyd edək ki, İkardi 2023-cü ildən "Qalatasaray"da çıxış edib. O, İstanbul klubunun heyətində 134 oyunda 77 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb. Argentinalı forvard "sarı-qırmızılılar"la 4 dəfə Türkiyə çempionu olub, həmçinin Türkiyə Kuboku və Superkubokunu qazanıb.

İkardi daha əvvəl İtaliyada "Sampdoriya" və "İnter"in formasını geyinib.

İdman.Biz