İngiltərənin "Mançester Siti" futbol klubu "Everton"un yarımmüdafiəçisi İlliman Ndiayeni transfer edib.
İdman.Biz xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
26 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb. Britaniya mediasının məlumatına görə, transferin ümumi məbləği bonuslar nəzərə alınmaqla 65 milyon funt sterlinq təşkil edib.
Ndiaye "Mançester Siti"yə keçidindən sonra bildirib ki, komandanın heyətində çıxış etmək onun üçün böyük şansdır.
Seneqallı futbolçu 2024-cü ildən "Everton"da çıxış edirdi. O, Liverpul təmsilçisinin heyətində 74 oyunda 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Daha əvvəl "Marsel" və "Şeffild Yunayted"də oynayan Ndiaye Seneqal millisində 43 matçda 5 qol vurub.
