“Arsenal” və “Mançester Yunayted” 65 milyon avroluq hücumçu uğrunda mübarizəyə qoşuldu

22 Oktyabr 2026 08:17
97
“Arsenal” və “Mançester Yunayted” 65 milyon avroluq hücumçu uğrunda mübarizəyə qoşuldu

İngiltərə Premyer Liqasının iki aparıcı klubu - “Arsenal” və “Mançester Yunayted” “Bornmut”un futbolçusu Evanilsonu heyətinə qatmaq istəyir.

İdman.Biz "Fussball News"a istinadən xəbər verir ki, hər iki klub 27 yaşlı braziliyalı futbolçunun mümkün transferi barədə artıq məlumat istəyib.

Lakin “Bornmut” hücumçusunu asanlıqla buraxmaq niyyətində deyil. Klub Evanilson üçün ən azı 65 milyon avro (təxminən 124 milyon manat) məbləğində təklifləri nəzərdən keçirməyə hazırdır.

Maraqlıdır ki, “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 35 milyon avro (təxminən 67 milyon manat) qiymətləndirir.

Evanilson cari mövsümdə Premyer Liqa və Avropa Liqasında ümumilikdə doqquz oyuna çıxıb, üç qol vurub və dörd məhsuldar ötürmə edib.

Qeyd edək ki, braziliyalı hücumçunun transferi ilə bağlı hələlik rəsmi təklif daxil olmayıb.

İdman.Biz