“Şaxtyor”un baş məşqçisi Arda Turan UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “İnter”ə 0:1 hesablı məğlubiyyəti şərh edib.
İdman.Biz UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, türkiyəli mütəxəssis komandasının ən azı bir xal qazanmağa layiq olduğunu düşünür.
“Məyusuq, çünki bu oyunda xal qazanmağa layiq çıxış etdik. Oyunumuzla fəxr edirik, amma nəticədən razı qala bilmərik. Nümayiş etdirdiyimiz səviyyəni nəzərə alsaq, nəticə daha yaxşı olmalı idi.
Gənc futbolçularımızdan bəziləri öz kumirləri ilə qarşılaşmaq imkanı qazandılar. Onlar bundan lazımi dərslər çıxaracaq, inkişaf etməyə və daha yaxşı olmağa davam edəcəklər”, - deyə Arda Turan bildirib.
Qeyd edək ki, Milanda keçirilən qarşılaşmanın 68-ci dəqiqəsində “İnter”in müdafiəçisi Alessandro Bastoni qırmızı vərəqə alıb. Buna baxmayaraq, meydan sahibləri 77-ci dəqiqədə Karlos Auqustonun qolu ilə qələbə qazanıblar.
“Şaxtyor” üç turdan sonra dörd xalla Çempionlar Liqasının ümumi turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.
