PSJ Kvaratsxeliyanın zədəsindən sonra mühüm qərar verdi

22 Oktyabr 2026 09:17
89
PSJ Kvaratsxeliyanın zədəsindən sonra mühüm qərar verdi

PSJ rəhbərliyi gürcüstanlı futbolçu Xviça Kvaratsxeliya ilə müqaviləni 2032-ci ilin yayına qədər uzatmağı planlaşdırır.

İdman.Biz Fransa mediasına istinadən xəbər verir ki, Paris təmsilçisi 25 yaşlı cinah hücumçusu ilə yeni uzunmüddətli müqavilə barədə danışıqlara başlayıb.

Maraqlıdır ki, bu qərar Kvaratsxeliyanın Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Barselona” ilə keçirilən oyunda (4:2) zədələnməsinin təsdiqlənməsindən dərhal sonra qəbul edilib.

Beləliklə, PSJ rəhbərliyi gürcüstanlı futbolçuya etimadını nümayiş etdirmək və bərpa dövründə ona dəstək olmaq niyyətindədir.

Məlumata görə, yeni müqavilədə futbolçunun maliyyə şərtlərinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması nəzərdə tutulur. Kvaratsxeliyanın Paris klubunun ən yüksək maaş alan üç oyunçusundan birinə çevriləcəyi gözlənilir.

Qeyd edək ki, müqavilənin uzadılması hələlik rəsmən elan olunmayıb.

İdman.Biz