“Şamaxı” klubunun baş məşqçisi Ayxan Abbasov XII turunda “Sabah”la keçirilən qolsuz heç-heçədən sonra oyunu qiymətləndirib.
İdman.Biz xəbər verir ki, Abbasov rəqibin son oyunlarda yaxşı nəticələr əldə etdiyini xatırladaraq, komandasının hazırlıqlı olduğunu, lakin yaratdıqları epizodlardan yararlana bilmədiyini söyləyib. O, qazanılan bir xalı vacib hesab edib və oyunun yüksək tempdə keçdiyini vurğulayıb.
Baş məşqçi bu qarşılaşmada yalnız bir hücumçu ilə oynadıqlarını, rəqibə uyğun xüsusi oyun modeli seçdiklərini və riskləri minimuma endirməyə çalışdıqlarını deyib. Onun sözlərinə görə, Rüfət daha çox hücuma qoşularaq komandanın taktiki planında önəmli rol oynayıb.
Abbasov cari mövsümdə rəqabətin əvvəlki illərlə müqayisədə daha yüksək olduğunu bildirib: “Komandalar ilk növbədə nəticəyə yönəlir və bu da oyun üslubuna təsir edir. Komandanın inkişaf üçün hələ üzərində işləməli olduğumuz məqamlar var”.
