Mübariz Orucov: “Nəticələrimiz ürəkaçan deyil”

Xəbərlər
23 Noyabr 2025 22:20
24
Mübariz Orucov: “Nəticələrimiz ürəkaçan deyil”

Misli Premyer Liqasının XII turunda “Neftçi” doğma meydanda “İmişli”yə 2:3 hesabı ilə məğlub olub.

İdman.Biz xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin məşqçisi Mübariz Orucov komandanın çıxışını və yaranan problemləri dəyərləndirib. O, nəticələrin qənaətbəxş olmadığını etiraf edib.

Mütəxəssis buraxılan qolların standart vəziyyətlərdən qaynaqlandığını bildirib:

“Komanda aut atışlarında rəqibin təhlükəli olduğunu bilsə də, məhz həmin epizodlarda səhvlər edib. Razıyam, nəticələrimiz ürəkaçan deyil. Oyun baxımından keçən illə müqayisədə yaxşıyıq, amma bu, nəticəyə təsir etmir. Heyət hələ tam formalaşmayıb, uyğunlaşma prosesi davam edir”.

Turnir cədvəlində “Neftçi”nin artıq “İmişli”dən də aşağı pillədə qərarlaşmasına münasibət bildirən Orucov kuboka xüsusi yanaşacaqlarını vurğulayıb:

“Liqada işlər yaxşı getmir. Kubok qısa yoldur və biz ona da köklənəcəyik. “Neftçi”nin hədəfi həmişə çempionluqdur. Ən azından avrokuboklara vəsiqə qazanmaq istəyirik və buna inanırıq”.

İdman.Biz

Məqalədə: