İspaniya La Liqasının XII turunda “Oviedo” öz meydanında “Rayo Valyekano” ilə 0:0 hesablı heç-heçə edib.
İdman.Biz xəbər verir ki, meydan sahibləri görüşün yarısına yaxın hissəsini azlıqda keçiriblər.
53-cü dəqiqədə İlyas Şair qırmızı vərəqə ilə meydandan qovulub.
Matçın sonunda heyətlər bərabərləşib. 90+2-ci dəqiqədə Pate Siss qırmızı vərəqə alıb.
“Rayo Valyekano” (16 xal) La Liqada 12-ci yerə yüksəlib. “Oviedo” (9 xal) isə turnir cədvəlinin sonuncu pilləsində qalır.
