“Neftçi”nin Misir klubu ilə oyununun vaxtı açıqlanıb

Xəbərlər
12 Yanvar 2026 17:40
47
“Neftçi”nin Misir klubu ilə oyununun vaxtı açıqlanıb

“Neftçi”nin Əbu-Dabi toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyununun vaxtı və yeri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə “Neftçi” Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, yanvarın 13-ü həm yerli, həm də Bakı vaxtı ilə saat 18:00-da start götürəcək “Piramids”lə (Misir) görüş “Məhəmməd bin Zayed” stadionunda baş tutacaq.

Qeyd edək ki, ilk sınaq matçında “Kayrat”a 3:0 hesabı ilə qalib gələn “Neftçi” yanvarın 16-da keçiriləcək sonuncu oyununda Çinin “Çenqdu Ronqçenq” klubu ilə üz-üzə gələcək.

İdman.Biz
Məqalədə: