Fərid Nəbiyev: “Liqada qalmaq üçün nə lazımdırsa, edəcəyik”

Xəbərlər
12 Yanvar 2026 18:12
35
Fərid Nəbiyev: “Liqada qalmaq üçün nə lazımdırsa, edəcəyik”

“Hazırlıq normal qaydada davam edir. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq. Mövsümün ikinci yarısının startına qədər tam hazır olacağıq”.

Bu sözləri “Kəpəz”in futbolçusu Fərid Nəbiyev deyib.

Yarımmüdafiəçi komandasının qış fasiləsi dönəmində təlim-məşq toplanışını dəyərləndirib.

“Toplanış dönəmində ilk yoxlama matçında “Qəbələ” ilə qarşılaşdıq. Məğlub olsaq da, məncə, yoxlama oyunlarında nəticə önəm daşımır. Fasilədən sonra bizi gərgin matçlar gözləyir. İlk oyunumuz “Qarabağ”a qarşı olacaq. “Qarabağ”ın adı futbolçular üçün artıq bir motivasiyadır. Heç bir həyacandan söhbət belə gedə bilməz. Çalışıb layiqli mübarizə aparacayıq. Liqada qalmaq üçün nə lazımdırsa, edəcəyik. “Kəpəz” daim Premyer Liqada çıxış etməlidir. Bunun üçün hər cür şəraitimiz var”, - deyə sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, “Kəpəz” doqquz xalla turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.

İdman.Biz