Türkiyə Super Liqasının XIII turunda keçirilən qarşılaşmalarda həm “Göztepe” - “Kocaelispor”, həm də “Beşiktaş” - “Samsunspor” matçlarında qalib müəyyənləşməyib.
İdman.Biz xəbər verir ki, İzmir təmsilçisi “Göztepe” öz meydanında “Kocaelispor”la 0:0 hesablı heç-heçə edib. Bu nəticə ilə “Göztepe” xallarını 23-ə çatdırıb və liqada məğlubiyyətsiz oyun seriyasını 3 matça yüksəldib. “Kocaelispor” isə 15 xalla turu tamamlayıb.
İstanbulda keçirilən digər oyunda “Beşiktaş” “Samsunspor”u qəbul edib və matç 1:1 hesabı ilə bitib. 57-ci dəqiqədə Cengiz Ünder penaltidən hesabı açıb. 66-cı dəqiqədə isə Şerif Ndiaye ardıcıl müdafiə səhvlərindən sonra hesabı bərabərləşdirib.
Bu nəticədən sonra “Beşiktaş” 21 xala yüksəlib və evdə 3 oyundur qələbə qazana bilmir. “Samsunspor” isə 24 xalla səfərdə 8 matçdır məğlub olmadan liqa tarixinin ən uzun seriyasını davam etdirir.
